İran zindanlarında 6 məhbus edam edilib

29.07.2022, 08:50

İnsan haqları təşkilatların onlardan birinin qadın olduğunu bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

İranın Sənəndəc, Bəm, Rəşt və Kərəc şəhərlərinin zindanlarında biri qadın olmaqla 6 məhbus edam edilib.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Sənəndəc zindanında adam öldürməkdə ittiham olunan Heyva Əhmədi, Pəyam Yəzdani və Abdullah Rəhimi edam ediliblər.

Bununla yanaşı Kirman əyalətinin Bəm şəhərində Məhəmmədrza Şeyhəki adlı məhkum qətl ittihamı ilə dar ağacından asılıb.

Gilan əyalətinin Rəşt şəhərinin zindanında isə kimliyi "M.F" kimi qeyd edilən 27 yaşlı məhkum SEPAH məmurunu öldürdüyü üçün edam olunub.

 İnsan haqları təşkilatının verdiyi başqa bir məlumatda Kərəc şəhərinin Rəcayişəhr zindanında Əfqanıstan vətəndaşı olan Sənubər Cəlalinin barəsində çıxarılan edam hökmünün icra edildiyini bildirib.

Əfqanıstan vətəndaşının nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

İran rəsmiləri və mediası adı çəkilən şəxslərin edamı ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.  

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20