SON XƏBƏRLƏR

İran zindanlarında 8 məhbus edam edilib

2022.08.22, 07:16
İran zindanlarında 8 məhbus edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Zahidan zindanında edam edilənlərdən dördü narkotik maddələrin alverində, biri isə qətldə günahlandırılıb.

Təsadüfi qətl hadisəsi törədən Ümid Alizehinin hadisəni 16 yaşındadır. Bu üzdən onun edam cəzasına məhkum edilməsi qanunsuz hesab edilir.

Səravan, İranşəhr və Zabol şəhərlərinin zindanlarında da narkotik maddələrin alverində günahlandırılan 3 nəfər nəfər edam edilib.

Edam edilən yeddi məhkumun hamısı etnik bəluçdurlar.

İran məhkəmə sistemi və rəsmi dövlət mediası edamlar barədə açıqlama verməyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar