SON XƏBƏRLƏR

İran zindanlarında intihar halları artıb

2022.04.05, 11:23
İran zindanlarında intihar halları artıb

Gunaz.tv

İran insan haqları təşkilatlarının verdiyikləri məlumata görə, aprelin 2-də Tehranın “Fəşafuyə” zindanında saxlanılan daha bir məhbus intihara cəhd edib.

Məlumatda Məcid Keşvəri adlı məhkumun ağır xəstəlikdən əziyyət çəkdiyi üçün zindandan qıraq xəstəxanada əməliyyata ehtiyacı olduğu barədə həkimlər rəy veriblər.

Həkimlərin rəyi və məhkumun zindan rəhbərliyinə müraciətinə baxmayaraq ona cərrahi əməliyyat olunmaq üçün icazə verilməyib.

Ağır xəstəlikdən və zindan nəzarətçilərinin psixi və fiziki basqılarından yorulan Məcid Keşvərinin intihar etdiyi, ancaq kamera yoldaşları tərəfindən həyatının xilas edildiyi bildirilir. 

Qeyd edək ki, Tehranın Fəşafuyə həbsxanasında hakim olan ağır şəraitə, məhkumlara qarşı amansız davranışa görə, dəfələrlə etiraz, aclıq aksiyası keçirilib və onlarla məhbus intihar ediblər.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar