SON XƏBƏRLƏR

Kərəc zindanında daha bir məhkum intihar edib

2022.07.11, 04:48
Kərəc zindanında daha bir məhkum intihar edib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Məlumata görə, iyulun 8-də intihar edən şəxs edama məhkum edilmiş Məsud Xeyrabadi çox sayda dərman preparatı içərək intihar edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür".  

Cavidan   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar