SON XƏBƏRLƏR

SEPAH-ın "telegram" kanalından Azərbaycana qarşı daha bir iftira

2022.04.22, 12:10
SEPAH-ın "telegram" kanalından Azərbaycana qarşı daha bir iftira

Gunaz.tv

“Son həftələrdə Azərbaycanda və İran sərhədi yaxınlığında sələfi-təkfirçi qüvvələr görünməkdədir. Onlar İran sərhədlərindən foto və videolar çəkir, harasa məlumat verirlər”-deyə, xaricdə təxribatçı fəaliyyətlərlə məşğul olan separatçı bloqer Zabil Məhərrəmovun dediklərini yayıblar.

Paylaşımda İsraildən Bakıya çoxlu sayda yük reyslərinin həyata keçirilməsi ilə bağlı məlumatlar daxil olduğunu, sərhəddə görünənlərin türkcə və ingiliscə danışdıqları iddia olunub. 

“Qarabağda pantürkçülər toplantı keçirir, İsrail və Türkiyənin vədlərindən ruhlanaraq, növbəti konfransı Təbrizdə və ya İrəvanda keçirəcəklərini söyləməyə cürət ediblər!”,-deyə SEPAh-a bağlı kanalda yazılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar