SON XƏBƏRLƏR

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022.12.04, 11:35
İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

Gunaz.tv

Amerikanın Bəhreyndə yerləşən Beşinci Donanması 3 dekabrda verdiyi açıqlamada bu balıqçı gəmisinin 50 tondan çox çəkidə yük daşıdığın deyib.

Məlumatda Beşinci Donanmanın bir ay ərzində ikinci dəfə İrana məxsus qaçaq silah daşıyan ələ keçirilən gəmi olduğu vurğulanıb.

Bəyanatda Amerika Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və Beşinci Donanmasının komandiri Bred Kuperin sözlərinə görə, gəminin saxlanılması “ölümcül yüklərin qeyri-qanuni daşınmasının davam etdiyini və İranın sabitliyi pozan davranışını açıq şəkildə nümayiş etdirir”.

Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, silahların birbaşa və ya dolayı yolla idxalının və ya onların Yəmən husilərinə satışının və ya təhvil verilməsinin beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin pozulması olduğunu vurğulayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar