SON XƏBƏRLƏR

İrana sığınan axtarışda olan azərbaycanlılar etirazçıları çirkab adlandırıb

2022.09.23, 11:53
İrana sığınan axtarışda olan azərbaycanlılar etirazçıları çirkab adlandırıb

Gunaz.tv

Onlar iranlı narazıları çırkab adlandıraraq "İslam respublikasından dəf edildiklərini" deyiblər.

SEPAH və Qumda yerləşən ideoloji mərkəzlər tərəfindən dəstəklənən Orxan Məmmədov adlı şəxs yaydığı bəyanatda İranda etiraz aksiyaları keçirmək üçün dünyanın ən azad ölkəsi olduğunu iddia edib.

İranda kütləvi aksiyaların keçirilməsinə sevinən azərbaycanlıları sadəlövh adlandıran O. Məmmədov İrandakı narazıların islama və qurana qarşı çıxdıqları barədə ittihamlar səsləndirib.

"Bunların dərdi islamdır. Bunlar Allah düşmənləridirlər. Bir başa islam və allaha qarşı çıxa bilmədikləri üçün İranı söyürlər"-deyə, o, İran inqilabı və sisteminin dahada güclənəcəyi barədə fikirlər səsləndirib.

Sosial şəbəkələrdə istifadəçiləri adı çəkilən adam və onun Quma sığınan dostlarının bu sayaq çıxışlarından narazılıqlarını yazıb, onların İran xalqlarına qarşı İran hakimiyyəti lə işbirliklərinə dözülməyəcəyini bildiriblər.

Fəallar adı çəkilən şəxs və İrana sığınan başqa dostlarının uzun çəkmədən Tehran rejiminin qurbanına çevrilə biləcəkləri barədə xəbərdarlıq edib, gəldikləri ölkəyə geri qayıdaraq qanuni cəzalarını çəkib və həyatlarını xilas etməyi məsləhət görüblər.

Qeyd edək ki, bu günə kimi İran hökumətinin istifadə etdiyi İraq, Əfqanıstan və Pakistan vətəndaşlarından bir neçəsini öldürərək adı çəkilən ölkələri ittiham etmək təcrübəsi var.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar