SON XƏBƏRLƏR

İranda 11 gün əvvəl həbs edilən media fəalı Hüseyn Rəzzaq müvəqqəti azadlığa buraxılıb

2021.12.16, 13:48
İranda 11 gün əvvəl həbs edilən media fəalı Hüseyn Rəzzaq müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin dekabrın 15-də yaydığı xəbərə görə, dinc siyasi və media fəalı Hüseyn Rəzzaq dünən 2 milyard tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, Amol Prokurorluğunun 3-cü şöbəsi tərəfindən sərbəst buraxılıb. 

Media fəalına qarşı konkret hansı ittihamların irəli sürülməsi barədə məlumat yayılmayıb. 

Xatırladaq ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Amol şəhərindəki mülki geyimli əməkdşları dekabrın 5-i günorta saat 12:30-da siyasi və media fəalı Hüseyn Rəzzaqı mənzilində tutub aparmışdılar.  

Fəalın mənzilində yoxlama aparılmış, ona və  ailə üzvlərinə məxsus noutbuklar, mobil telefonları və bir sıra digər şəxsi əşyalar götürülmüşdü. 

Yayılan məlumata görə, Hüseyn Rəzzaq həbsindən bir neçə gün əvvəl “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında ölkədə insanların acınacaqlı durumundan danışaraq, rejimin ölkədə apardığı repressiya siyasətinin nəticə verməyəcəyini bidirmişdi.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar