SON XƏBƏRLƏR

İranda 12 bəhai vətəndaş İsrailə casusluqda ittiham olunub

2022.09.05, 08:36
İranda 12 bəhai vətəndaş İsrailə casusluqda ittiham olunub

Gunaz.tv

Mazəndəran əyalətinin Təhlükəsizlik və Kəşfiyyat Baş İdarəsi yaydığı bəyanatda Mazəndəranda həbs edilən 12 bəhainin İsrailə casusluq etdiyini bəyan edib.

Bu iddia bundan öncə də həbs olunan başqa bəhailərə qarşı irəli sürülüb. Onların sübutu üçün heç bir dəlil göstərilməyib və bu ittihamlar Beynəlxalq Bəhai İcması tərəfindən qətiyyətlə rədd edilib.

Təhlükəsizlik və Kəşfiyyat Baş İdarəsinin bəyanatında saxlanılan 12 bəhainin casusluq şəbəkəsinin üzvü olduqları bildirilir.

Onların əyalətin müxtəlif şəhərlərində fəaliyyət göstərdiyi və İsrail kəşfiyyat orqanları ilə əlaqələri olduğu deyilir.

"Bu gənclər öz dostlarından birinin evinə toplaşaraq, təhsilin ictimai tərəqqidə rolundan bəhs edir, müzakirələr aparırdılar"-deyə, Dünya Bəhai İcmasının BMT-dəki nümayəndəsi Simin Fəhəndej Qaimşəhrdə saxlanılan bəhai gənclərinin həbsinin qanunsuz olduğunu deyib.

Qeyd edək ki, son bir ayda İranda 245 bəhai vətəndaşa qarşı təzyiqlər göstərilib, onlardan bir çoxu həbs edilib, əmlakları mənimsənilib və onlarla bəhai təhsilini davam etdirməsinə qadağa qoyulub.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar