SON XƏBƏRLƏR

İranda 25 bəhai vətəndaşa 83 il həbs cəzası verilib

2022.09.01, 10:00
İranda 25 bəhai vətəndaşa 83 il həbs cəzası verilib

Gunaz.tv

Fars əyalətinin Apellyasiya Məhkəməsi 25 bəhai barədə toplam 83 il həbs cəzası çıxarmaqla yanaşı onları sürgün cəzasına da məhkum edib və cəzalarının bitdiyindən sonra ölkədən çıxışlarına qadağa qoyub.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Qeyd edək ki, son aylar bəhailərə qarşı repressiyalar artıb və onların əmlaklarının dağıdılması, müsadirə edilməsi, gənc bəhai öyrəncilərin universitetə buraxılmaması halları çoxalıb.

İran hökuməti onlarla bəhani həbs edərək onlara qarşı qondarma ittihamlar irəli sürüb və heç bir sübut olmadan onları İsrailə casusluqda günahlandırıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar