SON XƏBƏRLƏR

İranda 3 məhkum edam edilib, daha 18 nəfər təkadamlıq kameralara göndərilib

2022.09.05, 08:03
İranda 3 məhkum edam edilib, daha 18 nəfər təkadamlıq kameralara göndərilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində iki qardaş edam edilib.

Möhsün Qənbərzehi və Eynullah Qənbərzehi adlı məhkumlar "silahlı qiyam", "hökumətə qarşı təşkilatlara üzv olmaq" və "3 polis məmurunu öldürmək"də ittiham olunduqları üçün asılıblar.

Bununla yanaşı Loristan əyalətinin mərkəzi Xurrəmabad zindanında da narkotik maddələrin alverində ittiham olunan və kimliyi dəqiqləşdirilə bilinməyən məhbus edam edilib.

İnsan haqları təşkilatları İran zindanlarında daha 18 məhkumun ölüm hökmlərinin icrası üçün təkadamlıq kameralara köçürüldüyünü bildirib və edamların sayının sürətlə artmasından nigaranlıqlarını ifadə ediblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar