SON XƏBƏRLƏR

İranda 350-dən çox siyasi və mədəni fəal “Yaşıl Hərəkat” liderləri ilə bağlı müraciət yaydı

2022.02.15, 11:35
İranda 350-dən çox siyasi və mədəni fəal “Yaşıl Hərəkat” liderləri ilə bağlı müraciət yaydı

Gunaz.tv

İran rəsmilərinə müraciət edən fəallar, konstitusiyanın bəzi prinsiplərinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və Beynəlxalq Paktın müddəalarına istinad edərək, hərəkat liderlərinin ev dustaqlığında saxlanılmalarının qanunsuz olduğunu və heç bir qaydaya sığmadığını bildiriblər.

“Təhlükəsizlik atmosferi yaratmaqla, vətəndaşların dinc etirazlarını zorakılıqla yatırmaqla daxili problemlərin və böhranların aradan qaldırılmasına nail olmaq olmaz.

Yalnız sülh. Barışıq, xalqın hüquqlarını, özəlliklə onların öz talelərinə hakim olmaq haqlarını tanımaq, beynəlxalq ictimaiyyətlə, düya gücləri ilə qarşılıqlı anlaşmaq ölkədə böhranların aradan qaldırılmasına gətirib çıxara bilər”-deyə, məktub müəllifləri bildiriblər.

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar.

Həmin seçkilərdə, Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar.

İranın dini lideri Əli Xamneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar