SON XƏBƏRLƏR

İran ordusunda hadisə: Əsgər 4 hərbçi yoldaşını güllələdi-VİDEO

2022.03.22, 03:47
İran ordusunda hadisə: Əsgər 4 hərbçi yoldaşını güllələdi-VİDEO

Gunaz.tv

 Məlumata görə, hadisə postda növbəni dəyişən zaman hərbçilər arasında yaranan mübahisədən sonra baş verib.

Bildirilir ki, həmin əsgər daha sonra hərbi hissənin yanında dayanan "Səmənd" markalı avtomobilin sürücüsünü girov götürərək qaçmağa nail olub.

İran polisi postlardan birində avtomobili saxlamağa cəhd göstərib. Lakin atışma nəticəsində qatil yenidən başqa maşına oturaraq hadisə yerindən uzaqlaşa bilib. Polislər arasında ölən və yaralananlarla bağlı məlumat verilmir. 

Qeyd edək ki, İran mediası hərbçiləri güllələyən əsgərin məzuniyyət istəyinə rədd cavabı verildiyi üçün bu hərəkətə əl atdığını iddia edir.

Ancaq müstəqil media qurumları və əsgəri tanıyanlar onun martin 20-də əsgərlik dövrünün bitdiyini, bundan öncə hər hansı əsəb pozuntusu və başqa bu kimi probleminin olmadığını yazırlar.

Son məlumatlara görə, artıq həmin əsgər İranın silahlı gücləri tərəfindən həbs edilib.

 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar