SON XƏBƏRLƏR

İranda 448 etirazçı öldürülüb

2022.11.26, 08:55
İranda 448 etirazçı öldürülüb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 24 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 63-ü uşaq olmaqla 448 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar