SON XƏBƏRLƏR

İranda 5-i türkiyəli olmaqla 14 xarici ölkə vətəndaşı həbs edilib

2022.10.01, 05:45
İranda 5-i türkiyəli olmaqla 14 xarici ölkə vətəndaşı həbs edilib

Gunaz.tv

ETTELAAT iddia edib ki, onlar ölkədə baş verən kütləvi etiraz aksiyalarında iştirak ediblər.

Saxlanılan 9 nəfər Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarıdır.

Bununla yanaşı bir neçə gün öncə SEPAH-a yaxın media Mazəndəran əyalətinin Babol şəhərində 5 Türkiyə vətəndaşının həbs edildiyini yazıb.

Məlumatda Türkiyə vətəndaşlarının İranda iğtişaş yaratmaq üçün Mazəndəran əyalətinə getdikləri iddia edilib.

SEPAH və ETTELAAT saxlanılanların kimliyi barədə açıqlama verməyib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar