SON XƏBƏRLƏR

İranda 5 uşaq anaları tərəfindən öldürülüb

2022.04.07, 13:02
İranda 5 uşaq anaları tərəfindən öldürülüb

Gunaz.tv

Bu barədə İran insan haqları təşkilatı  məlumat yayıb.

Məlumata görə, Xuzistan əyalətinin Ramhormoz şəhərin yaxınlığında yerləşən Bəsitin kəndində 27 yaşlı ana üç övladını öldürdükdən sonra özünü asaraq intihar edib.

Məlumatda “Zəhra.Ə” kimi adı çəkilən qadının 10, 6 yaşlı oğlanları və 3 yaşlı qız uşağını öldürdükdən sonra özünü asdığı qeyd olunub.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində də oxşar hadisə baş verib və gənc ana 6 aylıq körpə və 12 yaşlı uşağı qətlə yetirib və özünü asıb.

Əlaqədar qurumlar hər iki ananın psixi problemlərdən əziyyət çəkdikləri üçün belə əməl törətrdiklərini deyirlər.

İnsan haqları təşkilatları isə hər iki qadının erkən evliliyə məcbur edildiklərini bildirir və hakimiyyətin, din xadimlərinin az yaşlıların ailə qurması ilə bağlı təbliğatları və qanunlarının qadın və uşaq haqları pozuntusu olduğunu bildirirlər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar