SON XƏBƏRLƏR

İranda 7 məhbus qadın edamların dayandırılmasını istədi

2023.01.31, 12:42
İranda 7 məhbus qadın edamların dayandırılmasını istədi

Gunaz.tv

Bu barədə güneyli siyasi məhbus və hüquq müdafiəmisi Nərgiz Məhəmmədi adına fəaliyyət göstərən sosial media hesabında bildirilib.

"Biz, Evin həbsxanasının qadın palatasındakı bir sıra siyasi məhbuslar Tehran rejiminin on illərdirki həyata keçirdiyi və son aylar dahada çoxaltdığı edamların qarşısının alınmasını tələb edirik. Beynəlxalq ictimaiyyəti və insan haqları müdafiə təşkilatlarını rejimin əməllərinə qarşı biganə qalmamağa çağırırıq",-deyə, insan haqları müdafiəçilərinin müraciətində bildirilib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar