SON XƏBƏRLƏR

İranda 9 nəfər edam edilib, çox sayda məhkum edam öncəsi təkadamlıq kameralara köçürülüb

2022.09.07, 06:55
İranda 9 nəfər edam edilib, çox sayda məhkum edam öncəsi təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

Sentyabrın 6-da İranda narkotik maddələrin alverində ittiham olunan 9 nəfər edam edilib.

Xorasan əyalətinin Taybad şəhərinin zindanında Əfqanistan vətəndaşı Xəlqullah Fəhimzadə və Həsən Haqverdizadə asılaraq öldürülüb.

Bununla yanaşı eyni ittihamla Hormozqan əyalətinin Minab şəhərində 7 nəfərin barəsində çıxarılan ölüm hökmü icra edilib.

İnsan haqları təşkilatları sentyabrın 6-da Kərəc zindanında edam öncəsi daha 8 nəfərin təkadamlıq kameralara köçürüldüyü, bununla da bu zindanda təkadamlıq kameralarda edam hökmünün icra edilməsini gözləyən məhkumların sayının 11 nəfərə çatdığı qeyd olunub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar