SON XƏBƏRLƏR

İranda ağır yol qəzası- Sərnişin avtobusu aşdı: 33 yaralı-FOTO

2021.10.20, 07:36
İranda ağır yol qəzası- Sərnişin avtobusu aşdı: 33 yaralı-FOTO

Gunaz.tv

Məlumata görə, hadisə bu gün yerli vaxtla səhər saat 05:00-da Damğan-Əşhərud magistral yolunun 30 kilometrliyində baş verib.

Tehrandan Məşhədə gedən sərnişin avtobusu qəzaya uğrayıb. 

Hərəkətdə olan avtobus naməlum səbəbə görə yoldan çıxaraq aşıb.

C38ZOgv.jpg

Qəza nəticəsində 33 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Yaralılar hadisə yerinə gələn təcili tibbi maşınları ilə xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.  
 

AM

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar