SON XƏBƏRLƏR

İranda ata oğlunu Xamneyini təhqir etdiyinə görə öldürüb

2022.04.07, 11:17
İranda ata oğlunu Xamneyini təhqir etdiyinə görə öldürüb

Gunaz.tv

Əyalətin Babulsər şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan atanın 26 yaşlı oğlunu öldürüb.

Ov tüfəngi ilə oğlu Rza Taciki qətlə yetirən şəxs əməlindən peşman olmadığını, oğlunun hökuməti tənqid, Əli Xamneyini təhqir etdiyi üçün ölümə layiq olduğunu bildirib.

Qeyd edək ki, bu günə kimi İranda çox sayda belə, ailə içi qətl hadisələri baş verib və rejimi müdafiə üçün ailə üzvləri qətlə yetirilib, edam etdiriliblər.

Urmu şəhərinin keçmiş cümə imamı Molla Həsəni öz oğlunu rejimə müxalif olduğu üçün tutdurub və edam elətdirdiyi üçün “oğul qatili" adı ilə tanınırdı. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar