SON XƏBƏRLƏR

İranda ağır qəza-Şaxtaçıları daşıyan avtobus TIR-la toqquşdu: 29 yaralı

2021.11.13, 11:37
İranda ağır qəza-Şaxtaçıları daşıyan avtobus TIR-la toqquşdu: 29 yaralı

Gunaz.tv

Yayılan məlumata görə, hadisə bu gün yerli vaxtıa saat 02:04 raddələrində Molla Əhməd döngəsindən sonra Hemmətabad istiqamətinə gedən yolda baş verib. 


Bildirilir ki, Yəzd əyalətindəki Çadormalu mədəninin işçilərini daşıyan avtobus naməlum səbəbə görə qarşı istiqamətdən gələn TIR-la toqquşaraq aşıb.


Qəza nəticəsində 29 şaxtaçı müxtəlif bədən xəsarəti alaraq, Nain şəhərinin Heşmətiyyə xəstəxanasına yerləşdirilib.


Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda qəzanın səbəbi araşdırılır. 


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar