SON XƏBƏRLƏR

İranda bəhailərə qarşı təzyiqlər yenidən artıb

2022.12.23, 14:50
İranda bəhailərə qarşı təzyiqlər yenidən artıb

Gunaz.tv

Bəyanatda 69 yaşlı Məhvəş Sabit və 70 yaşlı Fəriba Kamalabadiyə ikinci dəfə olaraq daha 10 il həbs cəzalarının verilməsi şiddətlə pislənib.

Adı çəkilən xanımlar bundan öncə ictimai fəaliyyətləri və dini mərasimlər keçirdikləri səbəbindən mühakimə olunaraq 2008-2018 illəri arası 10 il müddətinə həbsdə qalıblar.

Məhvəş Sabit və Fəriba Kamalabadi bir neçə gün əvvəl yenidən həbs edilərək mühakimə olunub və hər biri 10 il azadlıqdan məhrum ediliblər.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. 

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar