SON XƏBƏRLƏR

İranda bəhailərə təzyiqlər davam edir

2022.04.12, 11:17
İranda bəhailərə təzyiqlər davam edir

Gunaz.tv

Bundan bir neçə gün öncə onun oğlu Ərsalan Xuzui və gəlini Səmira Səmira İbrahimi həbs olunublar və barələrində “hökumətə qarşı təbliğat”, “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq və toplanmaq” ittihamları irəli sürülüb.

Səidə Xuzui tanınmış rejissor Bəhram Beyzayinin bacısı qızıdır və bir sıra filmlərdə rejissor köməkçisi kimi iştirak edib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar