SON XƏBƏRLƏR

İranda baş verən daha bir yol qəzasında 8 nəfər ölüb

2021.12.21, 14:09
İranda baş verən daha bir yol qəzasında 8 nəfər ölüb

Gunaz.tv

Sistan-Bəlucistan əyalətinin İranşəhr Təcili Tibbi Yardım idarəsinin başçısı Mahmudrza Naseh mediaya açıqlamasında deyib ki, hadisə dekabrın 20-si axşam saat 18:06 radələrində Nikşəhr-Çabahar magistral yolunda baş verib.

“Hərəkətdə olan yük maşını qarşı istiqamətdən gələn “Pejo” marklalı avtomobillə toqquşub. 

Toqquşma nəticəsində avtomobilin 8 sərnişini yerindəcə həlak olub. Hazırda qəzanın səbəbləri araşdırılır”, -deyə İranşəhr Təcili Tibbi Yardım idarəsinin başçısı Mahmudrza Naseh bildirib.  

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar