SON XƏBƏRLƏR

İranda mollanın öz gənc həyat yoldaşını qətlə yetirməsi xəbərini yayan jurnalist həbsə məhkum edilib

2021.11.16, 12:50
İranda mollanın öz gənc həyat yoldaşını qətlə yetirməsi xəbərini yayan jurnalist həbsə məhkum edilib

Gunaz.tv

Yayılan məlumata görə, Sina Qələndəri cari ilin sentyabr ayında İranın Loristan əyalətində bir axundun öz ailəsi ilə əlbir olaraq, başqalarına qısqandığı 16 yaşlı həyat yoldaşı Mobina Surini qətlə yetirməsi xəbərini sosial şəbəkələrdə yaydıqdan sonra həbs edilmişdi. 


Jurnalist 11 gün həbsdə saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.


İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kuhdəşt Cəza Məhkəməsi son günlər gənc jurnalist Sina Qələndərini “Sosial şəbəkələrdə yalan məlumatlar yaymaqda”, axundun qətlə yetirdiyi həyat yoldaşının “şəklini sosial şəbəkələrdə yaymaqda”, “ictimai asayişi pozmaqda” və “düşmənlərinin bu xəbərdən rejimə qarşı təbliğatda istifadə etməsinə şərait yaratmaqda” günahlandıraraq 13 ay 16 gün həbsə məhkum edilib.


Məlumatda həmçinin bildirilir ki, Kuhdəşt məhkəməsinin qərarı ilə Sina Qələndəri həbsə məhkum edilməklə yanaşı onun sosial şəbəkələrdə və mediadakı fəaliyyətinə də qadağa qoyulub. 

مبینا سوری، نوجوان ۱۶ ساله لرستانی که به دست شوهر و خانواده‌اش کشته شد

                                                                       Axund əri tərəfindən qətlə yetirilmiş 16 yaşlı Mobina Suri 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar