SON XƏBƏRLƏR

İranda bir həftədə 322 nəfər yol qəzalarında həyatını itirib

2022.03.25, 13:20
İranda bir həftədə 322 nəfər yol qəzalarında həyatını itirib

Gunaz.tv

Yol Polisi İdarəsinin rəisi Kamal Hadiyanfər isə İranda istehsal olunan avtomobillərin keyfiyyətsiz olmasına diqqət çəkib.
O, bunun bir çox yol qəzalarına və çox sayda insanın ölümünə səbəb olduğunu deyib.

“Başa düşmürəm, bu avtomobillərdə elə bil yanacaq çəni yerinə partlayıcı maddə yerləşdirirlər. adi bir toqquşma nəticəsində avtomobillər partlayır”-deyə, o bildirib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar