SON XƏBƏRLƏR

İranda bir neçə hökumət məmuru öldürülüb

2022.10.10, 09:32
İranda bir neçə hökumət məmuru öldürülüb

Gunaz.tv

Zəngan şəhərində kütləvi etiraz aksiyaları zamanı İran İnqilab Keşikçiləri Korpusuna bağlı  yarım hərbi "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.

Bununla yanaşı Tehranda Səlman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirldiyi bildirilir.

İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhərinin polis rəisinin müavini Rəsul Bərzuyi həlak olub.

Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.

Adı çəkilən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar