SON XƏBƏRLƏR

İranda dənli bitkilərin qiyməti kəskin artdı

2023.03.06, 13:13
İranda dənli bitkilərin qiyməti kəskin artdı

Gunaz.tv

Bu barədə məlumat yayan İranın yarım rəsmi "Mehr" xəbər agentliyi dənli bitkilərin qiymətinin artması barədə məlumatları təsdiq edib.

Son həftələrdə İran pulunun ABŞ dolları qarşısında sürətlə dəyər itirməsi ilə eyni vaxtda bəzi mal və xidmətlərin qiymətlərinin artması narazılıqlarla qarşılaşıb.

Bir neçə gün bundan öncə bahalıq və inflyasiyaya görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Həzrətpur Tehran rejimini sərt tənqid edib.

O, prezident İbrahim Rəisiyə xitabən deyib ki, ölkədə təbəqələr arasında sosial güzaran fərqi çoxalıb və inflyasiya, bahalıq və məişət problemləri insanları bezdirib.

"Ölkədə yoxsulluq səviyyəsi 18 milyon tümən təyin edildiyi bir vaxtda hakimiyyət nəyə görə 10 milyon tümən gəliri olan işçi və təqaüdçülərin əmək haqlarının yetərli artırılmasını nəzərdən keçirmir və 20% artımla xalqa minnət qoyur",- urmulu millət vəkili qeyd edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar