SON XƏBƏRLƏR

İranda daşqın qurbanlarının sayı artıb

2022.07.29, 04:33
İranda daşqın qurbanlarının sayı artıb

Gunaz.tv

İran Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, çoxlu sayda insan itkin düşüb.

Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Mərkəzinin başçısı Məhəmməd Vəlipurun dediyinə görə, son iki gündə sel daşqınları nəticəsində  Sistan-Bəluçistan, Tehran və Mərkəzi əyalətdə 26 nəfər ölüb, 27 nəfər isə itkin düşüb.

O, axtarış xilasetmə işlərinin davam etdiyini və ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirib.

Tehranın Yanğınsöndürmə İdarəsinin başçısı Qudrətullah Məhəmmədi isə daşqın xəsarətlərinin vurduğu ziyanın və qurbanlarının sayının tam dəqiqləşdirilə bilmədiyini və maddi xəsarətin ağır olduğunu qeyd edib.

Qeyd edək ki, İranın bir neçə əyalətində iyulun 27-i axşam saatlarından başlanan güclü yağış nəticəsində sel daşqınları baş verib.

Bir neçə su bəndi dağılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar