SON XƏBƏRLƏR

İranda daha 2 bəluc edam edilib

2021.11.26, 13:08
İranda daha 2 bəluc edam edilib

Gunaz.tv

Bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb. 

Bildirilir ki, İranın ən yoxsul və baxımsız əyaləti olan Sistan-Bəlucistanda işsizlik və kasıblıq ucbatından ailələrini dolandırmaq üçün narkotik maddələrin satışı ilə məşğul olmaq məcburiyyətində qalan məhkumlar, Əbdülsəttar Şəhbəxş və Xanməhəmməd Rəhmətzehi noyabrın 25-i səhər saatlarında Kirman şəhərinin həbsxanasında dara çəkiliblər.

Məlumatda bildirilir ki, üç il əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə həbs edilən hər iki məhkum, həmin müddəti Kirman həbsxnasında saxlanılmış və bir gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülmüşdülər.


Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

gun az article

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar