İranda daha 4 bəluc dara çəkilib

09.12.2021, 17:19

İranda milliyyətcə bəluc olan daha 4 məhkum edam edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İrandakı Bəluc Fəalları Kampaniyası məlumat yayıb.

Məlumata görə, ötən gün ölüm hökmünün icrası ərəfəsində təkadamlıq kameralara köçürülən hər dörd məhkum bu gün (dekabrın 9-u) səhər saatlarında Kirman şəhərinin həbsxanasında dara çəkiliblər.

Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək edam edilən məhkumlardan biri, Zahidan şəhər sakini 23 yaşlı Xalid Şəhbəxşdir.

Bildirilir ki, gənc məhkum Xalid Şəhbəxş əvvəlcə 25 il həbsə məhkum edilsə də, son həftələr Şəhbəxş tayfasından olan bir neçə silahlı şəxslə yerli polis qüvvələri arasında atışma baş verməsindən sonra barəsində çıxarılmış 25 il həbs cəzası dəyişdirilərək ölüm hökmü ilə əvəzlənib.

Dar ağacından asılan digər üç bəlucun adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb. 

Xatırladaq  ki, istər keçmiş şah rejimində, istərsə də hazırkı molla rejimində İranın ən yoxsul və baxımsız əyaləti olan Sistan-Bəlucistanda  işsizlik və kasıblıq ucbatından insanların çoxu ailələrini dolandırmaq üçün narkotik maddələrin satışı ilə məşğul olmaq məcburiyyətində qalırlar.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M 
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27