SON XƏBƏRLƏR

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023.03.28, 08:59
İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

Gunaz.tv

Bu barədə Loristan əyalətinin İctimai Obyektlərə Nəzarət Polisinin başçısı Rəhmətullah Biravənd məlumat verib.

O, işyerlərinin orucluq ayı qaydalarına riayət edilmədiyi və qonaqlara xidmət göstərildiyi üçün bağlanıldığını deyib.

Biravən son bir həftə ərzində Xurrəmabad şəhərində ümumilikdə 78 iş yerinin orucluq ayı və məcburi hicab qaydalarına riayət edilməməsi səbəbindən bağlandığını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları səngidikdən sonra sərt şəriət qaydalarının tətbiqi gücləndirilib.

Məcburi hicab qaydalarını riayət etməyənlər və oruc tutmayanlara qarşı cəzalar tətbiq edilir.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar