SON XƏBƏRLƏR

İranda daha bir ağır yol qəzası: 1 nəfər ölüb, 17 nəfər yaralanıb

2021.12.03, 12:18
İranda daha bir ağır yol qəzası: 1 nəfər ölüb, 17 nəfər yaralanıb

Gunaz.tv

Bu barədə Kirman əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Sabiri bu gün mediaya açıqlamasında məlumat yayıb. 

O deyib ki, İsfahandan Bəndər Abbas şəhərinə yola çıxan sərnişin avtobusu naməlum səbəbə görə Kirman əyalətinin Babək sənaye şəhərciyi yaxınlığında qəza keçirərək, yoldan çıxaraq aşıb.

“Hadisə Babək sənaye şəhərciyinin 35 kilometrliyində baş verib. Yüksək sürətl hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində sərnişinlərdən 1-i yerindəcə keçinib, 17-si isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Yaralılar hadisə yerinə gələn təcili tibbi maşınları ilə Sircanın “İmam Rza” xəstəxanasına yerləşdirilib. Yaralılardan 5-nin vəziyyəti ağırdır”, -deyə Kirman Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Sabiri bildirib.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar