Hormozqan əyalətinin yol polisinin komondanı Mehdi Nikbəxt mediaya açıqlamasında deyib ki, hadisə noyabrın 26-sı səhər saatlarında əyalətin Minab-Sirik magistral yolunda, Kəlavi kəndinə yaxın bir məntəqədə baş verib.
“Pejo” markalı minik avtomobili qanunsuz Əfqanıstan vətəndaşlarını daşıyan “Peykan-Vanet”lə toqquşub. Qəza nəticəsində 5 Əfqanıstan mühaciri yerindəcə həlak olub, 18-i müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəsarət alanlar arasında 3 yaşlı bir qız uşağı da var. Yaralılar Minab şəhərinin “Əbülfəzl” xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 4-ünün vəziyyəti ağırdır”, -deyə Hormozqan yol polisinin komondanı Mehdi Nikbəxt bildirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir.
A.M