SON XƏBƏRLƏR

İranda daha bir dəhşətli yol qəzası: 3 nəfər ölüb, 32 nəfər yaralanıb

2021.10.30, 12:05
İranda daha bir dəhşətli yol qəzası: 3 nəfər ölüb, 32 nəfər yaralanıb

Gunaz.tv

Yayılan məlumata görə, hadisə bu gün yerli vaxtla səhər saat 04:38 radələrində Simnan magistral yolunda baş verib. Qonabad şəhərindən Tehrana yola çıxan sətnişin avtobusu Sorxe məntəqəsində yağışın yağmasından sonra yerin sürüşkənliyi səbəbi ilə yoldan çıxaraq aşıb.


Qəza nəticəsində avtobusun sərnişinlərindən 3-2 yerindəcə keçinib, 32-si müxtəlif dərəcəli bədən xəsarəti alıblar.


Yaralılar xəstəxanalara çatdırılıb. Bədən xəsarəti alanlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

 
 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar