SON XƏBƏRLƏR

İranda daha bir jurnalist həbs edilib

2022.12.03, 08:40
İranda daha bir jurnalist həbs edilib

Gunaz.tv

İranda xalq etirazlarının başlamasından bu günə kimi həbs edilən jurnalistlərin siyahısına daha bir jurnalistin adı da əlavə olunub.

İranın "Şərq" qəzetinin müxbiri Nəstərən Fərxe təhlükəsizlik məmurları tərəfindən həbs edilib. 

"Şərq" qəzeti dekabrın 1-də yaydığı məlumatda kollektivinin ən gənc jurnalisti Nəstərən Fəxrenin harada saxlanıldığı, nədə ittiham olunduğunun məlum olmadığını və bəri başdan ona qarşı irəli sürülə biləcək ittihamların saxta olduğunu yazıb.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi noyabrın ortalarında yaydığı məlumatda İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini bildirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar