SON XƏBƏRLƏR

İranda daha bir SEPAH komandiri vali postuna təyin edilib

2022.01.06, 13:24
İranda daha bir SEPAH komandiri vali postuna təyin edilib

Gunaz.tv

Bu barədə Nazirlər Kabinetinin yanvarın 5-də keçirdiyi iclasında qərar verilib.

Bildirilir ki, bundan əvvəl Kirmanşah, Gilan və Rəzəvi Xorasan əyalətlərindəki SEPAH-da müxtəlif vəzifələrdə çalışan Bəhmən Əmiri Müqəddəm bu dəfə Kirmanşah valisi postuna gətirilib.

Qeyd edək ki, İbrahim Rəisi hökumətində bundan əvvəl daha bir neçə SEPAH komandiri vali postuna və digər vəzifələrə təyin edilib.

Belə ki, SEPAH-ın Qərbi və Şərqi Azərbaycan əyalətlərindəki komandirlərindən olan Zeynalabdın Rəzəvi Xürrəm 2021-ci ilin oktyabr ayında Şərqi Azərbaycan əyalətinə vali (ostandar) təyin edilib.

Həmçinin bundan əvvəl “İmam Rza” SEPAH-ının komandanı olan Yaqub Əli Nəzəri Rəzəvi Xorasan əyalətinin valisi təyin edilib.

SEPAH-ın keçmiş komandirlərindən olan Həsən Kazimi Qomi bundan əvvəl İbrahim Rəisinin Əfqanıstan üzrə özəl nümayəndəsi vəzifəsinə təyin edilib.

Bununla da SEPAH-ın İbrahim Rəisi hökumətindəki nüfuzu və həssas postları və nazirlikləri ələ keçirməsi prosesi daha da gücləndirilib.

Qeyd edək ki, hazırda İbrahim Rəisinin hökumətində nazir postunda olanların demək olar ki, hamısı, o cümlədən də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan SEPAH terror təşkilatının və onun “Qüds” briqadasının keçmiş komandirləri olublar.

ابراهیم رئیسی در کنار حسین سلامی و اسماعیل قاآنی در مراسم یادبود قاسم سلیمانی در دفتر آیت‌الله خامنه‌ای در دی ماه ۹۸

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar