SON XƏBƏRLƏR

İranda daha bir məhkum edam edilib

2022.02.09, 10:31
İranda daha bir məhkum edam edilib

Gunaz.tv

37 yaşlı Əlirza Ruhifər şəxsi münaqişə zəminində qonşusunu qətlə yetirməkdə günahlandırılır.

Onun 4 il  Əliqudərz zindanında saxlanılıb.

Qeyd olunan edamların üçü barədə İran hökumətinin rəsmi mediası və məhkəmə sistemi rəsmi məlumat verməyib.

Qeyd edək ki, İranın İnsan Haqları Təşkilatının bir neçə gün öncə yaydığı son hesabatında İranda edamların sayının xeyli artdığı, yanvar ayında İran zindanlarında 46 nəfərin asıldığı  bildirilib. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar