SON XƏBƏRLƏR

İranda daha bir SEPAH polkovniki öldürülüb

2022.11.21, 11:55
İranda daha bir SEPAH polkovniki öldürülüb

Gunaz.tv

İran mediasının verdiyi xəbərə və müxalif təşkilatların təsdiqlədiyinə görə, İnqilab Keşikçiləri Korpusunun (SEPAH)  polkovniki Qasım Nəsiri noyabrın 20-də Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində öldürülüb.

Rəsmi məlumatda onun iğtişaşçı adlandırılan etirazçılar tərəfindən qətlə yetirildiyi bildirilib.

İran hökumətinə müxalif təşkilatlardan bəziləri, o cümlədən İran Xalq Mücahidləri Təşkilatı da, polkovnikin etirazçılar tərəfindən öldürüldüyünü təsdiq edib.

Adı çəkilən təşkilatın saytında verilən xəbərdə onun Sərdəşt şəhərində etiraz nümayişlərinə qoşulanlara qarşı amansız davrandığını yazıb.
 
Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar