SON XƏBƏRLƏR

İranda daha iki bəhai həbs edilib

2022.06.27, 04:36
İranda daha iki bəhai həbs edilib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. 

Məlumatda 20 yaşlı Şəqayeq Xanezərrin və 22 yaşlı Nigar İmani adlı bəhailərin təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparıldığı bildirilir.

Qeyd edək ki, bundan öncə 2019-cu ildə Nigar İmanı Universitetə sınaq imtahanlarına buraxılmadığı üçün təhsilini yarımçıq qoymağa məcbur olub.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar