SON XƏBƏRLƏR

İranda daha iki qaşqay fəal həbs edilib

2022.11.17, 12:36
İranda daha iki qaşqay fəal həbs edilib

Gunaz.tv

Qaşqay fəalların verdiyi məlumata görə, noyabrın 16-da İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Fars əyalətinin Abadə şəhərində yaşayan Məhəmmədtağı Zülqədr və Bəhram Kiyaninin evlərinə hücum ediblər.

Məmurlar adı çəkilən qaşqay fəalları ağır şəkildə döyüb və qandallayaraq naməlum yerə aparıblar.

Onların nədə ittiham olunduqları barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, noyabrın 15-də də, Buşehr əyalətinin Usləviyyə, Fars əyalətinin Firuzabad və Şiraz şəhərlərində 5 qaşqay mədəni fəalı həbs edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar