SON XƏBƏRLƏR

İranda daha üç məhkum edam olunub

2022.04.13, 08:38
İranda daha üç məhkum edam olunub

Gunaz.tv

Bununla yanaşı İsfahan şəhərinin Dəstgerd şəhərində narkotik maddə qaçaqmalçılığında ittiham olunan daha iki məhbus edam olunub.

34 yaşlı Həmid Rsatqar və 45 yaşlı Qulamrza Paki martın 16-da edam olunmalarına baxmayaraq, onların barəsində məlumat aprelin 12-də yayılıb.

İran insan haqları təşkilatları 2021-ci ilin yanvar ayının 21-dən 2021-ci ilin dekabr ayının 20-ə kimi İranda 299 nəfərin edam edildiyini, daha 89 nəfərin edama məhkum olunduğunu bildirirlər.

Onların hesabatlarına görə, ölkədə icra edilən edamların 88%-i barədə hökumət rəsmiləri və məhkəmə nümayəndələri məlumat vermir. 

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. 
  
Timur 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar