SON XƏBƏRLƏR

İranda edam cəzalarının sayı barədə yeni statistika açıqlanıb

2022.05.31, 09:10
İranda edam cəzalarının sayı barədə yeni statistika açıqlanıb

Gunaz.tv

Statistik məlumatların müqayisəsi 2022-ci ilin başlamasından bu günə kimi İran məhkəmələrinin edam cəzaları barədə qərar çıxarmağa daha çox meyllli olduqlarını göstərir.

Hesabata əsasən 2022-ci ilin yanvar ayında 49, fevralda 29, martda 44, apreldə 1 və may ayında 47, ümumilikdə 170  məhkum İran zindanlarında edam edilib.

Edam edilənlərin çoxunluğunun narkotk qaçaqmalçıları və qətldə günahlandırılanlar olduğu barədə İran rəsmilərinin iddialarına baxmayaraq. bir sıra siyasi məhbuslarda qondarma ittihamlarla dar ağacından asılaraq öldürülüblər.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar