SON XƏBƏRLƏR

İranda yenidən etiraz aksiyaları başlayıb-VİDEO

2022.10.08, 09:36
İranda yenidən etiraz aksiyaları başlayıb-VİDEO

Gunaz.tv

Bir neçə şəhərdə eyni vaxtda başlayan aksiyalar zamanı hökumət məmurları ilə xalq arasında qarşıdurmalar yaranıb.

Tehran, Kərəc, Şiraz, Rəşt, Sənəndəc, Saqqız, Məşhəd, Bukan, Ərak, Xoraseqan, Qəzvin, İsfahan və başqa şəhərlərdə öyrəncilərin və orta məktəb şagirdlərinin əvvəlkilərə nisbətən daha çox olduğu deyilir.

Məhsa Əmininin doğulduğu şəhər olan Saqqızda hökumət qüvvələri nümayişçilərə qarşı zor tətbiq edib. Nəticədə toqquşmalar baş verib.

Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində silahlı məmurlar nümayişçilərə odlu silahlardan atəş açıb.

Bir neçə nəfərin yaralandığı barədə xəbər və videolar yayılıb. 

Bununla yanaşı universitetlərdə də başlayan öyrənci nümayişlərinin yatırılması və aksiyaların şəhərə yayılmasının qarşısının alınması üçün çox sayda xüsusi təyinatlı qüvvələr ali təhsil ocaqlarına göndərilib. 

 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar