SON XƏBƏRLƏR

İranda etiraz aksiyalarının 1 ayı tamam olur

2022.10.18, 06:10
İranda etiraz aksiyalarının 1 ayı tamam olur

Gunaz.tv

Bununla yanaşı daha bir neçə şəhərdə fəhlələr Hormozqan və və Buşehr əyalətlərində neft sənayesi işilərinin tətil aksiyasına qoşulub.

Oktyabrın 17-dən başlayaraq Məşhəd və Yəzd şəhərlərində bir bazar, minlərlə mağaza və zavodlarda tətil aksiyaları başlayıb.

Osləviyyənin neft-kimya zavodunda bir həftə bundan öncə başlayan tətil aksiyası davam edir.

Hökumət məmurlarının ən azı 100 etirazçı işçini həbs etməsinə baxmayaraq zavodda işi bərpa edə bilməyib.

Bazar ertəsi günorta saatlarında müxtəlif şəhərlərdə öyrənci və şagirdlərin etiraz nümayişləri keçirmələrindən sonra, gecə saatlarında bir neçə şəhərdə nümayişlər keçirilib.

Tehranın Ekbatan şəhərciyindən başlayan aksiya qısa müddətdə başqa bölgələrə yayılıb.

Hökumət əleyhinə şüarlar səsləndirən vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalar olub.

İlam əyalətinin Abdanan şəhərində isə narazı kütlə ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar olub

Bir neçə nəfərin yaralandığı və çox sayda etirazçının həbs edildiyi bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar