SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları yenidən alovlandı

2023.01.09, 10:10
İranda etiraz aksiyaları yenidən alovlandı

Gunaz.tv

Başda Tehran olmaqla Qəzvin, İsfahan, Məşhəd, Sənəndəc, Bəndər Abbas, Kərəc, Ərak və başqa bir neçə şəhərdə Xamənei əleyhinə şüarlar səsləndiriən nümayişçilər məhbus etirazçıların edamını pisləyiblər.

Tehranın Səttarxan, Firdos, Sadiqiyyə, Şəriəti və bir neçə metro stansiyasında keçirilən aksiyalar zamanı onlarla etirazçı həbs edilib.

Hökumət qüvvələrinin Tehranın Səttarxan meydanında nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, etirazçıları qorxutmaq üçün odlu silahlardan atəş açıb.

Bununla yanaşı Tehranın İnqilab meydanına toplaşan minlərlə insanın səssiz aksiya keçirdiyi və repressiyalara, edamlara etiraz əlamətliolaraq şüar vermədən yürüş etdikləri bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar