SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları yenidən başladı-VİDEO

2022.09.22, 16:23
İranda etiraz aksiyaları yenidən başladı-VİDEO

Gunaz.tv

Verilən məlumatlarda xüsusilə Tehran şəhərində internetə giriş mümkün olmadığı üçün aksiyalar barədə dəqiq məlumat yaymaq çətinləşib.

Gecikmə ilə yayılan xəbərlərdə sentyabrın 22-i günortadan sonra Tehran şəhərinin "Vüsali Şirazi" küçəsində qadın etirazçıların toplaşdığı bildirilir. Məlumata görə, qadınlar İran rəhbəri Əli Xameneyinin baneri qarşısında yaylıqlarını yandırıb.

Bununla yanaşı Tehranın "Hicab", " Nizamabad", "Vəliəsr" küçələrində və "Beheşti" metrosunda da aksiyaların başladığı və Xameneyi əleyhinə şüarlar səsləndirildiyini əks etdirən videolar yaylıb.

Kirmanşah, İslamabad Qərb, Sənəndəc, Təbriz, Rəşt, Mübarəke İsfahan, Bicar və başqa şəhərlərdə kütləvi aksiyaların keçirildiyi qeyd olunur

Tehranın "Abazər" küçəsində xüsusi təyinatlılar və SEPAH üzvlərinin sərt müdaxiləsindən qəzəblənən narazıların prokurorluq binasına girdikləri deyilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar