SON XƏBƏRLƏR

İranda etirazlar davam edir-Qarşıdurma baş verib

2023.01.01, 13:38
İranda etirazlar davam edir-Qarşıdurma baş verib

Gunaz.tv

Tehran, Məşhəd, Sənəndəc, Kərəc, Qirqan, Semirom, İsfahan və başqa bir neşçə şəhərdə keçirilən nümayişlərdə Əli Xameneiyə qarşı şüar verən etirazçılara atəş açıldığı bildirilir.

Semirom şəhərində nümayişçlərlə hökumət qüvvələri arasında baş verən qarşıdurma zamanı bir hökumət məmuru naməluç şəxslər tərəfindən öldürülüb.

Şəhərdə gecə yarısına kimi davam edən aksiyalara polis və xüsusi təyinatlı qüvvələrin sərt müdaxilə etdiyi, odlu silahlardan atəş açıldığı və bir neçə nəfərin güllə yarası aldığı qeyd edilir.

Qarşıdurma zamanı onlarla etirazçının yaralandığı, çox sayda insanın saxlanıldığı və naməlum yerlərə aparıldığı bildirilir.

Gülüstan (Türkmənsəhra) əyalətinin türkmənlər yaşayan İmamzada Roşənabad və Kəfşgiri kəndlərində hökumət məmurları tərəfindən öldürülən Mehdi Kabolinin 40 mərasimi geniş etiraz aksiyasına çevrilib.

40 mərasiminə toplaşanlara qarşı hökumət məmurlarının zorakılığına etiraz edən türkmənlər "ölüm olsun Xameneyiyə", "ölüm olsun diktatora" şüarları səsləndiriblər.

Türkmən fəallar yanvarın 1-də adı çəkilən kəndlər və ətraf bölgələrə çox sayda hökumət qüvvələrinin cəlb edildiyini və ciddi təhlükəsizlik şərayitinin hakim olduğunu bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar