SON XƏBƏRLƏR

İranda Beynəlxalq Hava Limanının saytına haker hücumu olub

2022.12.12, 11:11
İranda Beynəlxalq Hava Limanının saytına haker hücumu olub

Gunaz.tv

İranın paytaxtı Tehranda yerləşən İmam Xomeyni adına Beynəlxalq Hava Limanının internet saytına haker hücumu olub.

Verilən məlumatlara görə, hazırda sayta girmək mümkün deyil.

Məhsa Əminin öldürülməsindən sonra İran xalq etirazlarına dəstək olaraq haker qrupu İrana qarşı kampaniyaya başladığını elan edib.

Bununla yanaşı son günlər SEPAH-a bağlı "Fars" xəbər agentliyi, Tehran bələdiyyəsi, İran parlamenti və bu ölkənin bir neçə nazirliyinin saytlarına haker hücumları edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar