SON XƏBƏRLƏR

İranda Əfqanıstan vətəndaşlarını daşıyan yük avtomobili qəzaya uğrayıb: 1 nəfər ölüb, 26 nəfər yaralanıb

2021.11.05, 14:26
İranda Əfqanıstan vətəndaşlarını daşıyan yük avtomobili qəzaya uğrayıb: 1 nəfər ölüb, 26 nəfər yaralanıb

Gunaz.tv

Yəzd əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəisinin müavini Mehdi Hüseyni mediaya açıqlamasında deyib ki, hadisə bu gün yerli vaxtla səhər saat 06:30 radələrində Mərvəst-Əbərkuh maistral yolunda baş verib.


“Yüksək sürətlə dumanlı hava şəraitində qanunsuz olaraq Əfqanıstan vətəndaşlarını ətraf şəhərlərdən birinə daşıyan “Nissan” markalı yük avtomobili naməlum səbəbə görə yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər yerindəcə keçinib, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb, onlardan 4-ünün vəziyyəti ağırdır”, -deyə Yəzd əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəisinin müavini Mehdi Hüseyni bildirib. 


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar